Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:16

Miqrant böhranına 2,4 milyard avro ayrılacaq


Yunanıstanın Kos adasındakı Suriya qaçqınları
Yunanıstanın Kos adasındakı Suriya qaçqınları

İtaliya bu fonddan 560 milyon, Yunanıstan isə 473 milyon avro alacaq. Bu iki ölkə Avropaya gələn miqrantların ən çox axın etdikləri dövlətlərdir.

Avropa Komissiyası qarşıdan gələn 6 ildə Yunanıstan və İtaliya da daxil olmaqla ittifaq üzvlərinə miqrant axını ilə bağlı böhranı həll etmək üçün 2,4 milyard avro vəsaitin ayrılması barədə qərarı təsdiq edib.

İtaliya bu fonddan 560 milyon, Yunanıstan isə 473 milyon avro alacaq. Bu iki ölkə Avropaya gələn miqrantların ən çox axın etdikləri dövlətlərdir.

Bu il Avropa boyunca Afrikadan gələn minlərlə miqrantın axını gərginlik yaradıb.

Miqrantlar İtaliya və Yunanıstan sahillərinə çıxdıqdan sonra əsasən qərbi Avropa ölkələrinə can atırlar. Bu ay Fransadan Avrotunnel vasitəsilə Britaniyaya keçmək istəyən bir neçə miqrant ölüb.

Britaniya miqrant probleminin həlli üçün artıq 27 milyon avro yardım alıb. Fransa bu ayın axırlarında 20 milyon avro alacaq.

XS
SM
MD
LG