Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

İranda ABŞ jurnalistinin məhkəməsi olub


Jason Rezaian və xanımı Yeganeh Salehi

Jason Rezaian və xanımı Yeganeh Salehi

“Washington Post” qəzetinin müxbiri Jason Rezaian casusluqda ittiham edilir

İranda casusluq ittihamı ilə bir ildir ki, həbsxanada saxlanan ABŞ jurnalisti Jason Rezaian-ın yekun məhkəmə dinləməsi keçirilib.

Məhkəmənin son qərarı bir neçə gün ərzində elan ediləcək. “Washington Post” qəzetinin 39 yaşlı müxbirinin vəkili Leila Ashan müdafiə tərəfinin 20 səhifəlik izahatını təqdim edib, Rezaian-ın özü isə şifahi ifadə verib. Hazırkı ittihama görə onu 10 ildən 20 ilədək həbsxana cəzası gözləyə bilər.

Bu Jason Rezaian-ın işinə dair İran İnqilab Məhkəməsində keçirilən 4-cü dinləmə idi.

Cənab Rezaian-ın həbsi “Washington Post” və mətbuat azadlığı qrupları tərəfindən kəskin pislənib.

“O iki ölkə arasında yaşanan şübhə, düşmənçilik və qarşıdurmanın qurbanı olub” – deyib jurnalistin anası Mary Rezaian.

Rezaian, onun xanımı Yeganeh Salehi və iki fotomüxbir 2014-cü ildə İranda həbs ediliblər.

Jurnalist İslam Respublikasına qarşı casusluqda və təbliğatda ittiham edilir.

“Washington Post” qəzetinin icraçı redaktoru Martin Baron deyib ki, məhkəmənin hansı qərara gələcəyi barədə nəsə demək çətindir. Redaktor bildirib ki, bu iş qeyri-şəffaf aparıldığından heç nə bəlli deyil.

“Bəlli olan yalnız Jason-un günahsızlığıdır” – deyib Baron.

Ötən ay Jason Rezaian, hazırda həbsxanada olan Azərbaycan jurnalisti Xədicə İsmayılova ilə yanaşı ABŞ Milli Mətbuat Klubunun ən yüksək azadlıq mükafatına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG