Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:37

İstanbulda ABŞ konsulluğuna hücum


İstanbul - Polis ABŞ konsulluğu ətrafındakı ərazinin təhlükəsizliyini təmin edir, 10 avqust
İstanbul - Polis ABŞ konsulluğu ətrafındakı ərazinin təhlükəsizliyini təmin edir, 10 avqust

-

İki yaraqlı ABŞ-ın İstanbuldakı konsulluğuna atəş açıb.

Onlardan biri sonradan yaralanıb və ələ keçirilib. Polis onu xəstəxanaya aparıb.

İfrat solçu İnqilabi Xalq Azadlıq Cəbhəsi adlı təşkilat həmin qadının 51 yaşlı Hatice Asik olduğunu bildirib.

Amma Cəbhə Asikın onun üzvü olduğunu desə də, hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Cəbhə terrorçu PKK təşkilatı ilə eyni ideologiyanın daşıyıcısıdır və əvvəllər əməkdaşlıq ediblər.

Buna baxmayaraq PKK-nın hadisəyəylə əlaqəsi olub-olmadığı bilinmir.

İkinci yaraqlı hələ ki axtarışdadır.

Konsulluğa hücum zamanı heç kəsə xətər toxunmayıb.

Bundan əvvəl isə İstanbulda polis bölməsinə bombalı hücum olub. 3 polis əməkdaşı, 7 mülki şəxs yaralanıb.

Yanan 3 mərtəbəli polis bölməsinin bir hissəsi uçub.

Hücum edənin özünün də partlayış zamanı öldüyü deyilir.

Partlayışdan sonra hadisə yerinə gələn polislərə də atəş açılıb. Onlardan biri və hücum edənlərdən ikisi öldürülüb.

Hələ ki həmin hadisəyə görə də heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

BMT-nin baş katibi Ban Ki Moon Türkiyədəki son hücumları pisləyib.

O cümlədən Amerika konsulluğuna hücumu.

Türkiyə - İnsanlar İstanbulda hücuma məruz qalmış polis bölməyə baxırlar, 10 avqust
Türkiyə - İnsanlar İstanbulda hücuma məruz qalmış polis bölməyə baxırlar, 10 avqust

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG