Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16

Türkiyədə ermənilərin deportasiyası haqda film çəkilib


"Yitik kuşlar" filmindən kadr

"Yitik kuşlar" filmindən kadr

- "Yitik kuşlar" filmi

“Yitik kuşlar” (İtkin quşlar) - 1915-ci ildə baş vermiş faciəni Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyilə ekranlaşdıran ilk film nümayişə çıxmaq üzrədir. Bunu ingilisdilli Türkiyə mətbuatı yazır.

Filmi “Kara Kedi Film” studiyasında rejissorlar Aren Perdeci və Ela Alyamaç çəkiblər. Türk dilində, ingiliscə subtitrlə ekranlara çıxacaq film 1915-ci il hadisələrində qohumlarını itirmiş iki uşağın hekayəsi haqdadır. Filmin treyleri böyük maraqla qarşılanıb.

Baş rollarda bir türklə bir erməni uşaq çəkilib. Uşaqlar sınaq çəkilişlərində 500-dən artıq uşaq arasından seçilib. Çəkilişlər beş il davam edib.

“Yitik Kuşlar" bu payızda ekranlara çıxacaq və film haqda studiyadan yayılmış rəsmi xəbərə görə, 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd etmiş olacaq.

Oxu Zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG