Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:06

-

«Bəzi radikal terror təşkilatları Azərbaycanda tərəfdarlar toplamaq istəyirlər, amma bilsinlər ki, bunun qarşısı qətiyyətlə alınacaq».

Bunu apa-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri deyib ki, İŞİD qruplaşmasının Türkiyə üzərindən Naxçıvanla sərhəddə Azərbaycana yaxınlaşması, Azərbaycanda bu təşkilata meylli radikalların hansısa ayrı-ayrı şəxslərin ətrafında mərkəzləşməsi barədə yayılan məlumatlar da əsassızdır.

«Hansısa xırda radikal qruplaşma burada İŞİD-in tezislərini təkrar edirsə, bu o demək deyil ki, Azərbaycanda bunların hansısa dayağı olsun. Bu qruplaşmaya bağlı, digər qruplaşmaya əsaslanan bəzi radikal təşkilatlar Şimali Qafqazda, həm də Azərbaycanda yayılmaq, tərəfdarlar toplamaq istəyirlər. Cəhdlər var. Amma bilsinlər ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Həm hüquq-mühafizə orqanlarımız bununla bağlı yüksək qabaqlayıcı tədbirlər görürlər, həm də maarifləndirici-ideoloji tədbirlərimiz yüksək rol oynayır» - M.Qurbanlı bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG