Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Jurnalistin ölümü ilə bağlı saxlananlar


Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var

Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var

-

Jurnalist Rasim Əliyevin qətlə ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumatda qeyd olunur ki, hadisədə şübhəli bilinərək saxlanılan şəxslərin barəsində bu gün məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov da var. Saxlanılan digər şəxslərin kimliyi istintaq sirri olduğu üçün açıqlanmır.

Hüquq-mühafizə orqanlarından APA-ya həmçinin bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri istintaqa təqdim olunub. Bundan başqa, Rasim Əliyevin mobil telefonuna edilən zənglər araşdırılıb və hadisə şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin izahatı alınıb.

XS
SM
MD
LG