Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:42

İrqçi rus fanatlar qafqazlılara qarşı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Qafqazdan və ya Orta Asiyadan olan azarkeşlərə qarşı diskriminasiya və irqçi hücumlar Rusiyanın bəzi stadionlarında geniş yayılmış hadisədir.

Rusiya Futbol İttifaqının rəsmiləri isə ya problemin əhəmiyyətini azaldırlar ya da onun mövcudluğunu inkar edirlər. «Futbol Avropada irqçilik əleyhinədir» layihəsinin koordinatoru Pavel Klimenko belə deyir.

FARE-nin hazırladığı ötən ilki hesabatda Rusiya futbolunun son iki mövsümündə yaşanan 200-dən artıq irqçi və ya diskriminasiya ilə bağlı hadisə sadalanıb. Pavel Klimenko-nun ehtimalına görə, bu cür halların sayı daha çoxdur, çünki irqçilik haqda hadisələr sadəcə danışılmır.

Hesabatda 22 «antiqafqaz» və Qafqazdan olan etnik qrupların nümayəndələrinə 15 hücum haqda yazılıb.

TRİBUNLARDAKI DÖZÜMSÜZLÜK

Bir misal. Avqustun 1-də Rusiya premyer-liqası çərçivəsində Mahaçqala təmsilçisi «Anji» Moskvada oynayarkən ÇSKA azarkeşləri Qafqaz regionunun və xalqlarının ünvanına təhqirlər yağdırıblar. Fanatlar həmçinin «Animal Planet» yazılmış banneri də tribunada dalğalandırıblar. Mahaçqalanın emblemini də dəyişdiriblər, qartal başını xoruz başı ilə əvəzləyiblər.

Avqustun 3-də «Anji»nin baş direktoru Sergey Korablev Rusiya futbolundakı dözümsüzlüyə son qoymağa çağırıb. O, yerli azarkeşlərin danışığında milli zəmində düşmənçiliyi provokasiya edən ifadələr olduğunu bildirib.

ÇSKA-nın bəzi azarkeşləri bəyan ediblər ki, «Anji» azarkeşləri də geri qalmayıblar, onlar da qarşı tərəfi, xüsusən də rus qadınlarını təhqir ediblər.

Ötən mövsümdə ÇSKA Çempionlar Liqası çərçivəsində üç ev qarşılaşmasını bağlı qapılar və boş tribunlarla keçirməyə vadar oldu. UEFA irqçi davranışlarına və tribunalardakı nizamsızlığa görə klubun azarkeşlərini bu cür cəzalandırmışdı. Klub 200 min avro dəyərində cərimə edilmişdi. Bundan başqa, Çempionlar Liqası çərçivəsində Avropada keçirilən iki oyuna rus azarkeşlərinə bilet satılması da qadağan edilmişdi.

Ötən ay ÇSKA azarkeşi və «Rusiya premyer liqasının gözəli» yarışmasının qalibi «Miss cazibə» titulundan məhrum edildi. Buna səbəb onun sosial şəbəkələrdə əsasən Qafqaz milliyyətindən olanlar haqda neonasist və irqçi çıxışları olmuşdu.

TƏZADLI QƏRARLAR

Avqustun 5-də Rusiya Futbol İttifaqının intizam-nəzarət komitəsi baş verənlərə görə klubu cəzalandırmaq haqda qərar çıxarıb. ÇSKA təhqiredici bannerə görə 500 min rubl (7800 dollar) cərimələnib. Bundan başqa, gələn oyunda komandanın azarkeşləri üçün stadiondakı sektorun bir hissəsi bağlı olacaq.

Komitə qərara alıb ki, normadankənar leksikadan və təhqirdən yararlanmaq qaydaların pozulmasıdır. Ancaq nə qədər qəribə də olsa, irqçilik təzahürlərinə görə heç kim məsuliyyətə cəlb edilməyib.

İlk dəfə deyil ki, komitə bu cür qərarlarla müşahidəçiləri təəccübləndirir. Məsələn, iyulda nəzarət-intizam komitəsi Moskva «Spartak»ına azarkeşlik edənlərin «Ufa» komandasının yarımmüdafiəçisi Emmanuel Frimpong-a qarşı rasist təhqirlər yağdırmasını görməzliyə vurub. Yəni bununla bağlı hər hansı ölçü götürməyib. Amma əvəzində orta barmağını tribunlara doğru yönəldən və senzurasız ifadə işlədən Frimpong iki oyunluq diskvalifikasiya edilib.

«RFİ-nin rasizmi eşitməməsi və görməməsi zarafat həddinə çatıb. Şadam ki, hər şey bitdi, dəstəyə görə sağ olun», - oyunçu Twitter-də belə yazıb.

Ola bilsin, bu insidentə diqqət çəkməkdən ehtiyatlanan «Rusiya-2018»in Təşkilat Komitəsi baş verənlərə münasibət bildirməyə məcbur qalıb. Qurum əmindir ki, 2018-ci ildə dünya üzrə futbol çempionatının Rusiyada keçirilməsi ölkənin futbol ictimaiyyətinin təfəkküründə və hərəkətində müsbət dəyişikliklər üçün katalizator rolunu oynayacaq.

ANCAQ HƏLƏLİK BUNUN İŞARTILARI GÖRÜNMÜR

Pavel Klimenko-nun sözlərinə görə, Qafqazdan olan futbolçular Rusiyada daha çox rasizmlə üzləşirlər, nəinki Afrikadan gələn futbolçular.

«Məsələ ondadır ki, qaradərili afrikalılara münasibətdə irqçilik və ksenofobiya daha azdır, nəinki Qafqazdan olan futbolçulara qarşı. «Anji» və ya «Terek» kimi Qafqaz komandaları Moskvaya, Sankt-Peterburqa və ya Rusiyanın istənilən yerinə gedərkən münaqişə qaçılmaz olur. Nəticədə Qafqaz komandaları reaksiya verməyə vadar olur, azarkeşlərsə ksenofobik çıxışlara əl atırlar», - deyir Klimenko.

Ekspert onu da deyir ki, Avropa yarışlarında iştirak edən klublar neonasist azarkeşlərin islahına nail olsalar da, bu, azdır.

«Az qala hər klubda öz ideologiyasını tribunadan yayan ultrasağçı qruplara rastlamaq olar. Futbol stadionları, mən deyərdim ki, Rusiyada hələ də neonasist təbliğatın aparılması üçün ən böyük meydançalardan biri sayılır. Çünki onlar əksər hallarda cəzasız qalırlar».

XS
SM
MD
LG