Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

-

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Avqustun 9-da kişilər arasında dairəvi səngər stend atıcılığı yarışlarında 108 idmançı mübarizə aparıb. İkiqat olimpiya çempionu Vincent Hankok (ABŞ) birinci, Sebastian Kuntşik (Avstiya) ikinci, Qabriele Rossetti (İtaliya) üçüncü yeri tutub. İlk iki yeri tutan idmançılar gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Azərbaycanı təmsil edən Emin Cəfərov 28-ci, Niyaz Ağazadə 64-cü, Paşa Əhədpur 88-ci yeri tutub.

Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-dək ölkədən 2 minə yaxın idmançı iştirak edir. Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparırlar.

Azərbaycanı yarışda 27 idmançı təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG