Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:10

ABŞ İncirlik bazasına 6 təyyarə göndərib


F-16 qırıcı təyyarəsi
F-16 qırıcı təyyarəsi

ABŞ bazar günü Türkiyənin İncirlik hərbi hava bazasına İslam Dövləti adlanan təşkilata zərbələr endirilməsi üçün 6 F-16 qırıcı təyyarəsi və 300 nəfərlıik əsgəri qüvvə göndərib.

Amerika Birləşmiş Ştatları bazar günü Türkiyənin İncirlik hərbi hava bazasına İslam Dövləti adlanan təşkilata zərbələr endirilməsi üçün 6 F-16 qırıcı təyyarəsi və 300 nəfərlıik əsgəri qüvvə göndərib.

Keçən ay Ankara ölkədəki İncirlik hərbi-hava bazasından ABŞ hərbi hava donanmasının istifadəsi üçün icazə vermişdi.

Pentaqon bildirib ki, “kiçik hərbi qüvvə” İtaliyadakı Aviano bazasından göndərilib.

"Birləşmiş Ştatlar və Türkiyə 60+ koalisiyasının üzvləri kimi regionda sülh və sabitiliyin bərqərar edilməsi naminə İŞİD-ə qarşı döyüşmək öhdəliyinə sadiqdir” – deyilir Pentaqonun bəyanatında.

Xəbər agentlikləri diqqəti belə bir məqama çəkirlər ki, Vaşiqnton özünü İslam Dövləti elan etmiştəşkilatı İŞİD adlandırmaqda davam edir.

Bu da xəbər verilir ki, indiyədək koalisiyanın hava reydləri Körfəzdəki bazalardan həyata keçirilirdi. İncirlik strateji baxımdan daha əlverişli coğrafiyadadır.

XS
SM
MD
LG