Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

-
“Azadlıq” qəzeti yazır ki, hər rayona ən azı bir meyvə-tərəvəz soyuducusu yerləşdirilib. Həmin bu soyuducu onun üçündür ki, kəndlinin məhsulu əlində qalan zaman onu zibilliyə atmasın, gətirib soyuduculara təhvil versin.

“Ancaq əkinçilər bu soyuducuların rəhbərliyinə müraciət edir ki, gəlin bu malları sahədən çıxarın (çox vaxt pulsuz), qalıb sahədə iylənir. Onlar da həmin məhsulları qəbul edir və bir-iki ay gözləyirlər. Bazarda qıtlıq yaranan kimi həmin məhsulları aldıqları qiymətdən beşqat bahasına camaata satırlar. Həmin o camaata ki, o məhsulları bir qəpiksiz özləri bu soyuduculara təhvil vermişdi”.

Dağ kəndinə qaz gəldi

“Azərbaycan” qəzeti Lerikin Aşağı Amburdərə kəndinə qaz çəkilməsindən yazır.

“Kənddə günün hər vədəsində işıqlar yanır. Evlərdən telefon səsi eşidilir. Bu günlərdə kənddə əsl bayram şadyanalığı vardı. Qaz kəməri istifadəyə verildi”.

Qəzet yazır ki, Aşağı Amburdərə Lerikdə qazlaşdırılan 40-cı kənddir. İlin sonuna kimi daha beş yaşayış məntəqəsinə mavi yanacaq veriləcək. “Bu, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının müvəffəqiyyətlə yerinə yetirilməsinə, Prezident İlham Əliyevin dağ rayonlarına göstərdiyi diqqətin bariz nümunəsidir”.

Bakıda yerləşən binalar

Bakıda yerləşən binalar

Azərbaycanda ev bazarı çökür

“Bizim Yol” qəzeti Mərkəzi Bankı istinadən yazır ki, ölkədə daşınmaz əmlak bazarının bu ilin yanvar-iyun aylarında 32 faiz geriləyib. İkinci əl daşınmaz əmlak bazarı isə daha sürətlə çöküb - 36,2 faiz.

“Bir il əvvəl 1995 milyon manatlıq daşınmaz əmlak satılmışdısa bu ilin ilik altı ayında 238.3 milyon manatlıq əmlak satışı qeydə alınıb.İkinci əl daşınmaz əmlak bazarında isə satışlar kəskin azalıb-bir il əvvəlki 2.4 milyard manatlıq satışa nisbətən bu il cəmi 1.5 milyard manatlıq satış qeydə alınıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG