Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

Prezidentliyə namizəd qadın jurnalistə qarşı ədəbsizliyinə görə tənqid edilir


ABŞ prezidentliyinə namizəd Donald Trump, Fox News telekanalında keçirilən debatda ona çətin suallar vermiş jurnalist Megyn Kelly-ə qarşı ədəbsizlik edib

Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Donald Trump,Fox News telekanalında keçirilən debatda ona çətin suallar vermiş jurnalist Megyn Kelly barədə ədəbsiz danışığına görə mühafizəkarların şənbə günü keçirilən nüfuzlu tədbirinə dəvətini itirib.

Donald Trump başqa respublikaçı namizədlərlə birlikdə mühafizəkarların “Red State” adlı toplantısına dəvət olunmuşdu.

Cümə günü keçirilən debatda üç moderatordan biri olan xanım Kelly ona keçmişlərdə qadınlar barədə ədəbsiz danışmasına dair sual verərkən Donald Trump tamamilə təmkinini itirib.

Acıqlı başda ağıl...

Xanım Kelly Trumpa xatırlatmışdı ki, o, əvvəlki qeydlərində qadınlar barədə “piyli donuz”, “itlər”, “pinti” və “iyrənc heyvanlar” kimi ifadələrə yol verib.

Trump populyarlığını əksər siyasətçilərin “səliqəli və ədəbli danışıqlarını” “xalq dilində” lağa qoyması ilə qazanıb
Trump populyarlığını əksər siyasətçilərin “səliqəli və ədəbli danışıqlarını” “xalq dilində” lağa qoyması ilə qazanıb

Prezidentliyə namizəd bu sualları qərəzli saydığından reaksiyası da kəskin olmuşdu.

Debatdan sonra CNN kanalına müsahibəsində müzakirə zamanı əsəbiliyi barədə suala cavablar verərkən də Trump əsəbilik nümayiş etdirib.

O xanım Kelly haqqında deyib: “O mənə cürbəcür axmaq suallar verirdi...Bilirsiz onun gözlərindən qan damırdı, daha nə bilim harasından...”

Dəvət ləğv edilib

Bu müsahibədən sonra sosial şəbəkələrdə əsl partlayış yaşanıb. İstifadəçilərin əksəriyyəti qadın jurnalist barədə qadınların fizioloji xüsusiyyətinə ehyam vurmaqla danışan namizədi kəskin tənqid edirdi.

O respublikaçı partiyadaşlarını da "təngə gətirib"
O respublikaçı partiyadaşlarını da "təngə gətirib"

Bu müsahibədən bir-iki saat sonra Atlantada keçirilməli olan Red State tədbirinin təşkilatıçısı Erick Erickson bəyan edib ki, cənab Trump-ın bu tədbirə dəvəti ləğv olunur.

Erickson deyib ki, Trump-ın qeydləri qadın jurnalistlərə, bütünlükdə qadınlara qarşı həqarətdir.

Erickson-a sosial şəbəkərlərdə cavab verən milyonçu “onun özünün də çox ədəbli danışıq tərzi ilə fərqlənmədiyni” bildirib.

Trump nə vaxtsa büdrəməliydi...

Təhlilçilər bildirirlər ki, cənab Trump-ın debatlar və kampaniya zamanı davranışı hələ bu hadisədən əvvəl də onun respublikaçı həmkarlarını təngə gətrimişdi. Hərçənd Trump rəy sorğularına görə onların hamısını geridə qoyur. Mətbuat bildirir ki, Trump populyarlığını əksər siyasətçilərin “səliqəli və ədəbli danışıqlarını” “xalq dilində” lağa qoyması ilə qazanıb.

Respublikaçı partiyadaşları tərəfindən “pozuculuqda” ittiham olunan Trump bunu da dilə gətirib ki, lazım gələrsə, kampaniyanı müstəqil namizəd kimi də davam etdirə bilər.

Trump-ın ləğv edilmiş dəvətnaməsinin əvəzində tədbirə elə jurnalist Megyn Kelly dəvət olunub.

ABŞ mediasında dərc olunmuş bir məqalədə Trump-ın Anar Məmmədovla sual doğuran ortaqlığından söhbət gedirdi
ABŞ mediasında dərc olunmuş bir məqalədə Trump-ın Anar Məmmədovla sual doğuran ortaqlığından söhbət gedirdi

Böyük yanlışlığa yol verdiyinin fərqinə varan Trump sonradan “qan” məsələsinə aydınlıq gətirmək istəyib və deyib ki, o guya “başqa yer” deyəndə jurnalistin burnunu nəzərdə tuturmuş.

ABŞ mediası yazır ki, çıxışlarında ədəb-ərkan sərhədi tanımayan Trump-ın ciddi büdrəyəcəyi gözlənilirdi.

Yeri gəlmişkən, şənbə günü Trump-sız keçirilən tədbirdə respublikaçşı namizəd, keçmiş prezidentin qardaşı Jeb Bush deyib ki, Trump elektoratın azı 53 faizini təhqir edib.

Mülkiyyət maqnatı Donald Trump Azərbaycanla əlaqələrinə görə də tanınır. Bu yaxınlarda ABŞ mediasında dərc olunmuş bir məqalədə onun nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla sual doğuran ortaqlığından söhbət gedirdi.

Bakıda Trump-ın adını daşıyan göydələn otelin əslində nazir oğluna aid olduğu iddia edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG