Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

«Microsoft Translator» artıq Android və iOS-da


Proqramla 50 dil arasında tərcümə mümkündür.
Proqramla 50 dil arasında tərcümə mümkündür.

-

«Microsoft» «Windows Phone»da olan proqramları yavaş-yavaş iOS və Android platformalarına da keçirir.

Şirkət bu dəfə «Google Translator»un rəqibi «Microsoft Translator» tərcümə proqramını iOS və Android platformalı smartfonlar və «ağıllı saatlar» üçün təqdim edib. «Microsoft» bununla məqsədinin səyahətdə və ya gündəlik həyatda dil baryerini aradan qaldırmaq olduğunu bildirir.

Proqram xüsusilə «Apple Watch» və «Android Wear» üçün sadə və effektivdir.

Proqramla 50 dil arasında tərcümə mümkündür.

«Microsoft Translator»la həm mikrofonla səsli, həm də yazaraq tərcümə edə bilərsiniz. Tərcümənin necə tələffüz edildiyini də proqram sizin üçün səsləndirəcək.

Proqram ekran boyu açılır ki, bu da səyahətdə qarşı tərəfin də nə demək istədiyinizi anında görməyi üçün düşünülüb. Tərcümələri sonra istifadə üçün qeyd etmək, başqa proqramlara da kopyalamaq olar.

Proqramdan faydalanmaq üçün internet bağlantınız olmalıdır.

https://itunes.apple.com/us/app/microsoft-translator/id1018949559?ign-mpt=uo%3D8

https://play.google.com/store/apps/details?id=com.microsoft.translator&hl=en

XS
SM
MD
LG