Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:14

İD liderinin arvadı kürdlərə verildi


Foto illüstrasiya
Foto illüstrasiya

-

Amerikalı girov Kayla Mueller-in tutulmasında və ona əzab verilməsində yardımçı olan İD yaraqlısı ABŞ-da mühakimə edilməyəcək. Ağ ev rəsmisinin açıqlamasında belə deyilir.

Umm Sayyaf adı ilə tanınan döyüşçü qadın Amerika hərbi müstəntiqləri ilə əməkdaşlıq edib.

O, mayda ABŞ hərbçilərinin Suriyada apardıqları xüsusi əməliyyatda ələ keçirilmişdi.

«Bu qadın İraq vətəndaşıdır və İraqdakı kürd hakimiyyəti tərəfindən mühakimə olunacaq» - Ağ ev sözçüsü Josh Earnest belə deyib.

«Bizim inamımız var ki, o, törətdiyi cinayətlərə görə məsuliyyət daşıyacaq», - Earnest söyləyib.

Artıq kürd təcridxanasında olan Umm Sayyaf Abu Sayyaf-ın arvadı olub.

Abu Sayyaf «İslam Dövləti» (İD) qruplaşmasının maliyyəçisi idi və «Delta Force» əməliyyatı zamanı öldürülüb.

Mueller və onun Suriyalı sevgilisi 2013-cü ilin avqustunda girov gotürülmüşdülər. Sonralar onun sevgilisi azadlığa buraxılıb. Fevral ayında isə İD Mueller-in İordaniyanın endirdiyi hava zərbələri zamanı həlak olduğunu elan etdi.

XS
SM
MD
LG