Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:34

«Qəbələ»dən polisə etiraz [video]


-

«Qəbələ» futbol klubu avqustun 6-da «Apollon»la qarşılaşması zamanı polisin azarkeşlərə qarşı davranışını zorakılıq kimi qiymətləndirib. Klubun yaydığı bəyanatda deyilir ki, onlar idmanda hər cür zorakılığın əleyhinədirlər.

Bəyanatda deyilir ki, qazanılan qələbə azarkeşlər tərəfindən ikiqat sevinc və çılğınlıqla qarşılanıb:

«Bu çılğınlıq qaydalar çərçivəsini qətiyyən aşmasa da, təəssüflə bildirmək istəyirik ki, sadə insanlar polis təzyiqinə məruz qaldılar. Xüsusən də, fan-klubların toplaşdığı sektorlar ətrafında say çoxluğu təşkil edən polislər futbolsevərləri sevimli komandalarını qələbəyə səsləməyə imkan vermir, sakitcə yerlərində oturub futbola tamaşa etməyə məcbur edirdilər. Polis 90 dəqiqə ərzində fəallıq göstərən fanatlara fiziki müdaxilə edərək tribunadan uzaqlaşdırırdı.

Vəzifəsi tribunlarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər. Bunun nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən zərərçəkmişlərin vəziyyəti hazırda qənaətbəxşdir».

Bəyanatda daha sonra deyilir ki, hadisənin miqyası yalnız bir neçə şəxsin xəsarət alması ilə yekunlaşmır, Azərbaycanda idman yarışlarına azarkeş dəstəyinin artmasına ciddi şəkildə zərbə vurur.

«Qəbələ» avqustun 6-da UEFA Avropa Liqası III təsnifat mərhələsində Kiprin «Apollon» klubuyla qarşılaşıb. «Qəbələ» rəqibini 1:0 hesabıyla məğlub edib. Oyun zamanı və sonra gərgin anlar yaşanıb, azarkeşlər Kipr bayrağını cırmağa cəhd ediblər. Polis buna yol verməyib və bu müdaxilə zamanı polislər azarkeşi tribunadan aşağı yuvarlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG