Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

-

Bu il yanvarın 1-dən avqustun 7-dək Bakıda 68 min piyada cərimə olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov AzərTAC-a belə deyib.

Onun sözlərinə görə, bu müddətdə yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlər keçirilib. Məqsəd piyadaların avtomobillə vurulması hallarına qarşı mübarizəni gücləndirməkdir.

Nəticədə Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsini pozan 68 min piyadanın 20 manat cərimə edildiyi bildirilir.

V.Əsədov ötən illə müqayisədə bu il piyadaların vurulması hallarının azaldığını söyləyib. O piyada keçidlərinin nəzarətə götürüldüyünü, 100-dən artıq polis əməkdaşının həmin ərazilərdə xidmət apardığını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG