Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:45

-

Avqustun 7-də Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

AzərTAC xəbər verir ki, açılış mərasimində “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya və baş katibi Frans Şrayber çıxış edib.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya çıxışında deyib ki, Azərbaycanın böyük yarışları təşkil etmək təcrübəsi var. O həmçinin başçılıq etdiyi federasiyanın gələcəkdə Azərbaycanın Olimpiya Oyunları keçirmək istəyinə yaxından dəstək olacağını bildirib.

Atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı, eləcə də rəsmi qonaq və nümayəndə iştirak edir.

Final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Yarışlara avqustun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək.

Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG