Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:01

Azərbaycan peyki üçün ABŞ-da pul tapılmır


Azərbaycanın ilk satelliti 2013-cü ilin fevralında buraxılıb
Azərbaycanın ilk satelliti 2013-cü ilin fevralında buraxılıb

EXIM bankın bağlanması təhlükəsi Orbital ATK şirkəti tərəfindən yerinə yetiriləcək layihənin taleyini sual altında qoyub

Reuters agentlyinin veridiyi xəbərə görə ABŞ-ın idxal-ixrac EXİM bankının bağlanması təhlükəsi Amerikada mənzillənmiş Orbital ATK şirkətinin Azərbaycan hökumətindən ikinci peykin tikilməsi üçün aldığı sifarişin icrasına əngəl yaradıb.

Orbital ATK şirkəti Avropada və ABŞ-da Boeing də daxil olmaqla bir sıra şirkətlərlə rəqabətdədir və elə bu həftə bankın gələcəyi üçün yaranmış qeyri-müəyyənliyə görə artıq çox bahalı bir kontraktını itirməli olduğunu bildirib.

Orbital ATK Azərbaycanın 2013-cü ilin fevralında orbitə buraxılmış ilk Azerspace/Africasat-1a süni peykinin istehsalçısı olub. Bu satellitin təxmin edilən fəaliyyət müddəti 15 ildir.

Həmin satellitin istehsalı üçün də maliyyəni EXİM bank buraxmışdı.

Azərbaycan hökuməti hazırda ikinci peyki orbitə buraxmağı planlaşdırır və bu prosesin elə bu il başlanmasını istəyir.

Lakin yaranmış vəziyyətdə bu sifarişi icra etmək ABŞ şirkətləri üçün çətin olacaq.

ABŞ Konqresindəki Çay Partiyası Hərəkatının (Tea Party) mühafizəkarları bankı “dostbazlıq kapitalizmi” siyasəti yürütməkdə, Boeing və General Electric kimi nəhənglərə üzgörəlik etməkdə ittiham ediblər.

Bank bu iddiaları rədd edir. Amerika qitəsindəki digər satellit istehsalçıları da EXİM bankın bağlanması təhlükəsi ilə əlaqədar çətinliyə düşüb.

XS
SM
MD
LG