Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

.

2015-ci il avqustun 7-də Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyovun 85 yaşı tamam oldu.

Amma sevdiyi, həyatının böyük və önəmli hissəsini həsr etdiyi Azərbaycanda bu tarixi heç kəs xatırlamadı...

SAĞ OLSAYDI...

Sağ olsaydı, yəqin ki, yubiley mərasimini daha təntənəli etməkdən ötrü onu ahıl yaşında Bakıya çağırar, ölkənin ən yüksək ordenlərindən birini yaxasına sancardılar. Televiziyalar, radiolar, qəzetlər də ondan danışar, sosial şəbəkələr onun şəxsiyyətini, yaradıcılığını dartışardılar...

Heyhat, bu məşhur maestro 2 il öncə iyunun 2-də Parisdə -anasının vətənində 83 yaşında dünyaya gözlərini yumdu.

BİR AY DƏFN OLUNMADI

Düz bir ay dəfn olunmadı böyük rəssam.

Düz bir ay qızıyla həyat yoldaşı arasında məhkəmə çəkişməsi sürdü.

Toğrul Nərimanbəyov (sağda) və Rəşid Behbudov

Toğrul Nərimanbəyov (sağda) və Rəşid Behbudov

Qızı, vəsiyyətinə görə, onun Bakıda, həyat yoldaşı Parisdə dəfn olunmasını istəyirdi.

Sonda Paris məhkəməsi Fransa paytaxtında dəfnə qərar verdi və rəssam iyulun 3-də şəhərin mərkəzində yerləşən və əsası 1820-ci ildə qoyulan Passi qəbiristanlığında dəfn olundu.

İKİCƏ İLƏ UNUDULDU...

Anasının yurdunda torpağa verilən Toğrul Nərimanbəyov ikicə ilə öz ata yurdunda unuduldu.

Sağlığında şəninə söylənən sözlər sanki heç olmayıbmış.

Beləcə, narı Azərbaycanın vizit kartına çevirmiş rəssam yaddan çıxdı.

NAR YENƏ GÜNDƏMDƏYDİ...

Nar yenə gündəmdəydi, sadəcə Toğrul yoxdu...

Amma biz unutmadıq.

AzadlıqRadiosunun “İz” proqramı Toğrul Nərimanbəyova həsr etdiyi “Sadəcə Toğrul” radiodastanını bu şöhrətli rəssamın 85 yaşı şərəfinə səsləndirəcək.

Avqustun 9-da saat 23-də Toğrul Nərimanbəyovun bənzərsiz boyalar dünyasının izinə düşün, onun maraqlı həyat tarixçəsini dinləyin.

Vətəndə bircə nəfər də xatırlasa, dünyadan köçmüşlərin ruhu şadlanar.

“İz”ə düşüb, xatırlayın!..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG