Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:18

Nazirlik aptek müdirlərinə SMS göndərir


Aptek
Aptek

-

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptekləri dərman preparatlarının qiymətləri ilə bağlı məlumatlandırma tədbirlərinə başlayıb.

Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərib.

Bu barədə avqustun 7-də nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, bildirişlərdə aptek rəhbərlərinə pharma.azmedportal.az saytlarında yerləşdirilmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır.

Bir neçə gün qabaq Tarif Şurası dərman preparatlarının qiymətini müəyyən edib və yeni tariflər sentyabrın 15-dən işə düşəcək.

Nazirlik yeni qiymətlərlə bağlı əhalini də SMS vasitəsilə məlumatlandıracaq.

XS
SM
MD
LG