Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Ceyranbatanda adam batmayıb


Ceyranbatan
Ceyranbatan

-

«Ceyranbatan su anbarında adam batmayıb».

Bunu avqustun 6-da Fövqəladə Hallar Nazirliyi bildirib.

Nazirlik öz saytında yazır ki, 20 yaşlı Rövşən Paşayevin Ceyranbatan su anbarında batması ilə bağlı yayılan xəbərlər yanlışdır.

Nazirlik bildirir ki, onlara iyulun 30-da Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçənhissəsində Rövşən Paşayevin batması barədə məlumat daxil olub:

«Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, avqustun 1-dən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər».

FHN bildirir ki, Ceyranbatan su anbarı ən müasir texnologiyalar tətbiq edilməklə yüksək səviyyədə mühafizə olunur və anbarın ərazisinə hər hansı kənar şəxsin daxil olması və ya çimməsi qeyri-mümkündür.

XS
SM
MD
LG