Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Vertolyot qəzasında 12 nəfər ölüb


Bu ilin mayında Pakistanda daha bir Mi-17 qəzaya uğrayıb

Bu ilin mayında Pakistanda daha bir Mi-17 qəzaya uğrayıb

-

Avqustun 6-da Pakistanın şimal-qərbində vertolyot qəzasında 12 nəfər həlak olub.

Rəsmi məlumata görə, ölənlərin hamısı ordu mənsublarıdır. Xəsarət almış bir hərbçiyə kömək göstərmək məqsədilə Gilgitə gedirmişlər. Ölənlər hərbi həkimlər, pilot və heyət üzvləridir.

Meyitlər tanınmaz dərəcədə yanıb.

Hadisə paytaxt İslamabaddan 170 kilometr şimalda baş verib.

Bu hadisədən bir neçə saat əvvəl Pakistan hava qüvvələrinə məxsus daha bir vertolyot qəzaya uğrayıb.

Hər ikisi Rusiyanın hazırladığı Mi-17 vertolyotlarıdır. Son illər bu vertolyotların qəzaya uğrama halları artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG