Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24

-

Avqustun 7-də səhər saatlarında Kabildə hökumət binası yaxınlığında güclü partlayış olub, azı 10 dinc sakin ölüb.

Kabil polis rəisinin məlumatına görə, 128 nəfər də yaralanıb. Xəbəri dpa yayıb.

Reuters Qərb təhlükəsizlik mənbəyinə istinadla xəbər verir ki, 15 nəfər həlak olub.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb. Bomba qoyulmuş maşın Əfqan Milli Ordusunun Kəşfiyyat Bazası yaxınlığında partladılıb. Şahidlər partlayışın səsinin bütün şəhərdə eşidildiyini deyirlər.

Bir xəstəxana rəsmisi çoxlu qadınlar və uşaqlar olmaqla xəstəxanaya yaralıların axışdığını bildirib. Onlardan çoxu öz ayağıyla gəlib, yüngül yaralarına məlhəm qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG