Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17

Demokratların liderləri sazişə qarşı çıxır


Senator Charles Schumer (sağda)

Senator Charles Schumer (sağda)

-

Konqresdə demokratların iki lideri İran nüvə sazişinin əleyhinə olduğunu bildirib. Bu, Prezident Barack Obamaya və onun sazişə bəslədiyi ümidlərə zərbə sayılır.

Nyu Yorkdan senator Chuck Schumer deyib ki, gələn ay Konqresdə keçiriləcək debatlarda sazişə “yox” deyəcək. Onun Senat demokratlarının lideri olacağı gözlənir.

“Məncə İranın yumşalmayacağı və sazişdən öz hiyləgər məqsədləri üçün istifadə edəcəyi riski çox böyükdür,” yəhudi senator deyib.

Schumer sazişin əleyhinə səs verəcəyini söyləyib.

“Aldığım cavablar sadəcə məni inandıra bilməyib ki, bu saziş nüvə silahının İranın əlinə düşməsinin qarşısını alacaq. Əksinə, İranın Yaxın Şərqdə sabitliyi pozan və destruktiv mövqeyini gücləndirə bilər,” Nümayəndələr Palatasından Eliot Engel bildirib.

Konqresdəki demək olar bütün respublikaçıların sazişin əleyhinə səs verəcəyi gözlənir. Demokratlardan sənədə qarşı çıxanların sayının artması Ağ Ev üçün itki sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG