Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:58

-

ABŞ-ın beyin mərkəzi bildirir ki, İran ola bilsin Parchin hərbi obyektini təmizləyir. Birləşmiş Ştatlar və İsrail İranın həmin sahədə nüvə silahı sınaqdan keçirməsindən şübhələnir, Tehran isə bunu qətiyyətlə rədd edir.

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu avqustun 6-da peyklə çəkilmiş fotoları göstərib. Həmin fotolarda Parchindən buldozer, konteyner tipli obyektlərin çıxarıldığı görünür. İran bunun həmin ərazidə yol tikintisi işləri ilə bağlı olduğunu deyir.

Qurum bildirir ki, fotolar İran iyulun 14-də dünya gücləri ilə yekun sazişi imzalayandan sonra çəkilib.

“Fəaliyyətin bərpası İranın təmizləmə işləri aparma cəhdləri barədə narahatlıq yaradır. Ola bilsin, sonuncu dəlili də ortadan qaldırmaq istəyirlər,” qurum bildirir.

Həmin beyin mərkəzini BMT-nin keçmiş nüvə müfəttişi yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG