Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

Cümə axşamı Aralıq dənizində aşan miqrant qayığında olan 200-dən artıq insanın xilasına ümidlər tükənib.

Cümə axşamı Aralıq dənizində aşan miqrant qayığında olan 200-dən artıq insanın xilasına ümidlər tükənib.

Dənizin bu sahəsində başqa çoxsaylı miqrant qayıqları olduğundan bölgəyə xilasedici gəmilər göndərilib.

“Biz Avropa xudbinliyinin yaratdığı soyqırımının şahidi oluruq” – deyib İtaliyanın Palermo şəhərində mer Leoluca Orlando.

Çərşənbə günü İrlandiyanın LE Niamh gəmisi bundan əvvəlki fəlakətdən sağ çıxmış 370 miqrantı məhz Palermo limanına gətirib. Gəmidə 25 meyit də vardı.

Cənab Orlando televizya ilə çıxışında Avropa liderlərini miqrantların xilası üçün daha çox iş görməyə və onları öz ölkələrində yerləşdirməyə çağırıb.

Bu arada polis bildirir ki, batan qayığın sahibləri olduqları güman edilən beş nəfəri həbs edib.

İtaliya və İrlandiya gəmiləri, habelə Sərhədsiz Həkimlər humanitar yardım təşkilatı 400-dək miqrantı batmış balıqçı katerindən xilas edib. Bu katerdə ümumilikdə 600 miqrantın olduğu təxmin edilir. Gəmidəkilərin əksəriyyəti Suriyadakı münaqişədən qaçan miqrantlar olub.

İtaliya hökuməti bildirir ki, son iki gündə hava yaxşı olduğundan dənizi keçməyə çalışan miqrantların da sayı çox olub.

Çərşənbə günü isə miqrantların qayığı İrlandiyanın LE Niamh gəmisi yaxınlaşarkən aşıb. Belə düşünülür ki, qayıqdakılar gəmini görüb bir tərəfə toplaşdıqları üçün qayıq aşıb.

Aralıq dənizi Avropanın ən çox miqrant cəlb edən sərhədidir. Təkcə bu il bu sərhədi keçmək istəyən 2 minədək miqrant boğulub.

Bütün ötən il ərzində qurbanların sayı 3279 idi.

Əsasən Liviyadan olan insan qaçaqmalçıları miqrantlardan öz xidmətləri üçün minlərlə dollar alırlar. Onlar təkcə bu il ərzində əsasən İtaliyaya olmaqla, Avriopaya 90 min miqrant gətiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG