Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:52

MN: Ermənilərin 2 pilotsuz təyyəsi vurulub


Fotolar: Azərbaycanın Müdafiə Nazirliyi
Fotolar: Azərbaycanın Müdafiə Nazirliyi

-
"Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı vurulub."

Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, həmin uçuş aparatı cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərirmiş.

Nazirlik deyir ki, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Uçuş aparatı yerdən operator tərəfindən idarə olunur.

Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. Uçuş aparatı yerdən operator tərəfindən idarə olunur.

Nazirlik qeyd edir ki, aparatın maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kq, uzunluğu 2.95 metr, qanadların açılma uzunluğu 4.2 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.

Bu ilin əvvəlində də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurması barədə məlumat yaymışdı.
Ermənistan tərəfi isə məlumatı təkzib etmişdi.

XS
SM
MD
LG