Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:13

Broylerlərdən qan analizlərinin götürülməsinə başlanıb


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsinin «quş qripi» ilə bağlı bir həftə əvvəl başladığı monitorinq noyabrın 19-da başa çatıb.

Dövlət Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu dəfə 2500-dən artıq çöl və ev quşlarından qan nümunələri götürülüb. Hazırda həmin nümunələrin müayinəsi aparılır. Nəticələr isə bir həftəyə məlum olacaq.


Eyni zamanda, ölkə ərazisindəki bütün broylerlərdən də qan nümunələrinin götürülməsinə başlanıb.


İsmayıl Həsənovun dediyinə görə, Xəzər dənizi və çöl quşlarının daha çox məskunlaşdıqları qoruqlarda apardıqları monitorinq zamanı ölü quşlar aşkarlanmayıb. Amma buna baxmayaraq, havalar kəskin soyuduğundan, Dövlət Baytarlıq İdarəsi monitorinqləri daha tez-tez keçirmək niyyətindədir. Bundan sonra monitorinq ayda bir dəfə yox, iki dəfə keçiriləcək.


XS
SM
MD
LG