Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:37

"Heç terrorçunu da mənimtək izləmirlər"


Gülbuta Xasməmmədova
Gülbuta Xasməmmədova

-

“Taleh dövlət başçısına yeri gələndə kömək edib korrupsiya ilə mübarizədə. Prezidentin xəbəri olsa, oğlum bəlkə də bəraət alar.”

"Kimə zəng vururam, deyir “başqa nömrədən zəng vuraram”. Dost-tanış evimizdən ayağını kəsib".

Həbsdəki hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədovaya cinayət işi açılıb, ya açılmayıb? İki gün öncə - avqustun 4-də Göyçay rayon Polis İdarəsindən AzadlıqRadiosuna deyiblər ki, ana Xasməmmədova xuliqanlıqda ittiham olunur. Ertəsi gün Göyçay polisi BBC-yə bu məlumatı təkzib edib.

Gülbuta Xasməmmədova deyir ki, avqustun 3-də ona zəng vurublar ki, “polisə gəl, haqqında şikayət var, polisə müqavimət göstərdiyin üçün cinayət işi açılıb”. Davamını öz dilindən eşidək:

- Dedim ki, “gəlmirəm, lazım olar, özünüz gələrsiz”. Hələlik bir xəbər yoxdur, nisbi sakitlikdir.

- Sizə nə deyib çağırmışdılar polis idarəsinə?

- Dedilər ki, polisə, Talehin üzünə duran Vahid Haşımova müqavimət göstərmişəm. Həmin adam o gün mülki geyimdəydi, iş başında deyildi, zərərçəkmiş kimi ifadə verməyə gəlmişdi.

Özü də söyülən, təhqir olunan mən, şikayət də məndən edilib. Hadisədən az sonra mən də, gəlinim də 102-yə zəng vurub olanlar haqda məlumat vermişik...

- Aranızdakı mübahisə nədən qaynaqlanıb?

Taleh Xasməmmədov
Taleh Xasməmmədov

- Talehə 4 il iş istədi dövlət ittihamçısı. Məhkəmə də fasilə elan etdi. Rəis müavini Faiq İlyasov, 30-dan çox polis vardı orda. Mənim qolumdan tutub sürüdülər...

Bizdən məhkəmədə dörd nəfər iştirak edib, qudalarım, mən, yoldaşım. Bizə dedilər ki, “məhkəməyə heç kim gəlməsin, sakit keçsin, jurnalistlər xəbər tutmasın.

Bu, sizin xeyrinizədir, kömək edəcəyik Taleh çıxacaq, ona iki il icbari iş veriləcək”. Rəis müavini mənim özümə dedi ki, “Taleh günahsızdır, biz də məhkəmədə bunu deyəcəyik, hətta günahı olsa da bağışlanmasını istəyəcəyik”. Amma məhkəmədə tam əksi oldu, dedilər ki, “şikayətçiyik”.Məni aldatdılar.

- Bu da sizi özünüzdən çıxardı?

- O an havalandım. Qışqırdım ki, “belə allahsızlıq olmaz, neçə vaxtdı məni aldadırsız, indi də oğluma ciddi rejimdə iş oxudular – 4 il”. Anayam, səsimi qaldırdım üsyan etdim, onlar üstümə elə töküldülər ki... O mənzərəni görmək lazım idi.

Sonradan dedim ki, “məhkəmə zalındakı kameranı verin mənə”. Mənə cavab verdilər ki, “həmin gün kamera işləməyib”. Orda bir nəfər polis – İslam İslamov dedi ki, “cıraram sifətimi, tökərəm qanımı üstünə, beş il yatırdaram içəridə”.

Bunu qadın deyər, bu, kişi sözü deyil. Belə şey heç gözləmirdim. Oğlum qatı cani də olsa mən anayam. Anaya bu sözlərin deyilməsi... Taleh cinayətin yox, maraqların qurbanı oldu.

- Hansı maraqların?

- Axırıncı dəfə bir nəfərdən 8 min manat rüşvət almışdılar. Taleh bu barədə dövlət orqanlarına yazdı, o rüşvəti geri qaytardılar. Ondan sonra Talehə düşmən kəsildilər.

DYP rəisi də rüşvət almışdı, onu da Taleh yazdı, işdən çıxardılar. Taleh korrupsiyaya qarşı mübarizə aparırdı həm də. DYP rəisi işdən çıxarılandan sonra qıcıqlandılar ki, “Taleh bizi qoymur işləməyə, dolanmağa”. Söhbət burdan başlayır.

Taleh tutulandan sonra mən polis rəisinin yanına gedəndə dedilər ki, “oğlun dinc durmadı, ona lazım idi başçıdan, polisdən yazmaq?” Eyni şeyi özünə də demişdilər. Oğlum bu işin üstündə getdi, mən də elə.

Çünki Taleh tutulandan sonra mən polis rəisinin yanına gedəndə dedilər ki, “oğlun dinc durmadı, ona lazım idi başçıdan, polisdən yazmaq?” Eyni şeyi özünə də demişdilər. Oğlum bu işin üstündə getdi, mən də elə. Həkim gəlib mənim barmağımın qanını görüb, yarasını görüb.

- Yəni məhkəmədə?

- Hə, məhkəmə salonunda. Talehə iş istədilər. Onda mən əsəbiləşdim, polislə mübahisə etdim, sonradan məni sürüdülər çıxartdılar çölə. Barmağım yaralandı. Hakim gələndə dedilər ki, “sakit olun”. Barmağımı göstərdim, dedim ki, “oğlumun üzünə durdunuz, 4 il iş istədiz.

Dörd il bir ailənin dağılmağıdır, iki balanın yetim qalmağıdır, bəs mənim barmağımdan axan qana nə düşür?” Elə bu vaxt məhkəmə hökmü oxumağa başladı. Hamı ayağa qalxanda mən də qalxdım. Sonrası yadımda deyil, elə ayaq üstdə huşumu itirmişəm. Ayıldım ki, təcili tibbi yardım gəlib, mənə dərman verirlər, Talehi də aparıblar. Mən evə gələndən sonra 102-yə məlumat verdik.

Polis rəisinin müavini Faiq İlyasov dedi ki, “raport yazın, bu Xasməmmədovları şərləyin, itirin bunları”.Elə nazirliyə şikayətimdə də soruşdum ki, “nə istəyirsiz Xasməmmədovlardan? 15 nəfərlik ailəyik. Balalarım xuliqandı, soyğunçudur? Nədi səbəb?” Taleh də, balalarım da dövlətə qarşı olmayıb.

Taleh dövlət başçısına yeri gələndə kömək edib korrupsiya ilə mübarizədə. Prezidentin xəbəri olsa, oğlum bəlkə də bəraət alar. Üç oğulun anası məhkəmədə döyülməli deyil, qurban olum. Mənim təhqir olunan vaxtım çoxdan keçib. Bu yaşda qadın, ana təhqir olunmaz... Bəlkə də onlar istəyirdilər ki, oğullarımı qıcıqlandırsınlar, dava salsınlar, onları da şərləsinlər.

Bu yaşda qadın, ana təhqir olunmaz... Bəlkə də onlar istəyirdilər ki, oğullarımı qıcıqlandırsınlar, dava salsınlar, onları da şərləsinlər.

Amma bir mən üsyan etdim, bircə mən şillə vurdum, məndən də şikayət verilib. Şilləni də məni söyən polisə - Vahid Haşımova vurdum. Qolumdan tutdu məni sürüdü. Əlimdən tutub sürüdü. O söyüşə necə cavab verməliydim? Özümü müdafiə etdim.

- Siz əminsiz ki, sizinlə bağlı iş açılıb? Çünki bizim əməkdaşa deyiblər ki, iş açılıb, BBC-yə deyiblər belə şey yoxdur.

- Şikayət olunduğunu dəqiq bilirəm. Amma mətbuata çıxandan sonra heç nə deməyiblər, yəni polisə çağırmayıblar. İki gün qabaq mənə zəng vurdular ki, “haqqınızda iş açılıb, gəlməsəz, sonu yaxşı olmayacaq, polisə müqavimət göstərmisiz, xuliqanlıq etmisiz”. Mən də dedim ki, “ifadəmi gəl evimdə al”. Polisin hörmətini gördüm.

Ekspertdən rəy də alıblar ki, guya polisin boyun nahiyəsindən vurmuşam. Allaha and olsun, boyun nahiyəsini görməmişəm. Yoldaşım, qudalarım polisə getmişdi, deyiblər ki, guya mən vuran şillənin səsi o biri otaqda eşidilib... Məni xuliqanlıq maddəsiylə günahlandırsalar, gərək Göyçaydan çıxım. Artıq intihar haqda düşünürəm, yaşamaq istəmirəm. 58 yaşım var, polisdə gəzən vaxtımdı mənim?..

O cür balalar böyütmüşəm, ağıllı-kamallı. 13 ildi üç gəlinlə bir dam altda yaşayıram, bir sözüm-söhbətim olmadı, indi xuliqan oldum? Çox böyük təhqirdi vallah, dözüləsi deyil (ağlayır).

Ha özümü tox tuturam, dostdan çox düşmən var, ağlamayım, əyilməyim, amma olmur. Kimə zəng vururam, deyir “başqa nömrədən zəng vuraram”. Dost-tanış evimizdən ayağını kəsib. Talehi necə tutdular yadımdadır, – oğlan üzünə tüpürdü, onu döydü, polis də oğlumu tutdu.

Orda başqa uşaqlar Talehin xeyrinə şahidlik etmək istədi. Onların hərəsini bir şeylə susdurdular. Dedim ki, oğlum “zakaz”a gedir, heç kim mənim uşağıma görə yanmasın. Bizi izləyirdilər, rəisin yanına gedəndə mənim kiminlə görüşdüyümün, kimlə nə danışdığımın hamısını dedi. Terrorçunu belə izləməzlər. Nə deyim?..

Hüquq müdafiəçisi Taleh Xasməmmədov xuliqanlıqda ittiham olunur, 3 il azadlıqdan məhrum edilib. O, 2011-ci ilin noyabrında da "xuliqanlıq və polisə müqavimət" maddələri ilə həbs edilmiş, 4 il azadlıqdan məhrum edilmişdi. Bir qədər sonra prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

XS
SM
MD
LG