Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51

-

Bu ilin əvvəlindən Bakıda 424 avtoxuliqan aşkarlanıb və onlar barəsində tərtib edilmiş inzibati protokollar məhkəmələrə göndərilib.

Onlar arasında 5 sutkadan 35 sutkaya qədər həbs cəzası alanlar da var.

Bunu AzadlıqRadiosuna Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun verdiyi məlumata görə, ötən illə müqayisədə 2015-ci ildə avtoxuliqanlıq edənlərin sayında azalma var. Şəbə rəisi əlavə edir ki, saxlananların içərisində təkrar avtoxuliqanlıq edənlər də var:

“Avroxuliqanlıq edənlərin yaş həddi 21- 35 arasında dəyişir. Bu gənclər arasında təhsil alanları da var.

Avroxuliqanlıq edənlərin yaş həddi 21- 35 arasında dəyişir.

Təxminən yeddi sürücü təkrar avtoxuliqanlıq edənlərdir”

Vaqif Əsədov

Vaqif Əsədov

Vaqif Əsədov deyir ki, təkrar avtoxuliqanlıq edənlərin cəzası bir az da ağırlaşır. Onların həbs müddəti daha uzun və cərimə məbləği daha çox olur.

Qanunvericiliyə əsasən, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur.

İnzibati tənbeh almış şəxs eyni hərəkəti il ərzində təkrarlayarsa, cəza ağırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG