Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

-

Avqustun 5-də Bakı Fond Birjasında “Bank of Baku”nun səhmlərinin 5 faizinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu, son bir ayda bankın səhmləri ilə bağlanmış ikinci belə əqddir.

Birjanın məlumatların açıqlanması qaydalarına görə, əqdin tərəfləri barədə məlumat verilmir.

Yəni səhmlərin kimin kimə satdığı, ticarətin mövcud səhmdarlar arasında aparıldığı, yoxsa, “Bank of Baku”ya yeni səhmdarın gəlməsi haqda sorğuya cavab verilməyib.

İyulun 9-da olduğu kimi, avqustun 5-də bankın 170 000 ədəd səhmi satış predmeti olub. Maraqlı məqam odur ki, “Bank of Baku" öz korporativ saytından səhmdarların mövcud tərkibini və pay bölgüsü haqda məlumatı çıxarıb.

Əqd üzrə ödənilən pulun 2 milyon 643,5 min manat olduğu deyilir. Birja 2014-cü ildə mülkiyyətçisinə 10,41 manat gəlir gətirən səhmlərin öz nominal qiymətinə, yəni 15 manat 55 qəpiyə satıldığını elan edib. Lakin bu, etimad doğuran məlumat deyil. Çünki, “yumurta verən toyuğu kəsmirlər”.

Bu əqdlərə qədər “Bank of Baku”nun səhmdarları bunlar idi: “NAB Holdinq” - 40% (holdinqə İran mənşəli Nadir və Bəhram Oromi nəzarət edirlər), “Azpetrol” - 28,89% (birbaşa səhmdar İbrahim Məmmədov), Hikmət İsmayılov (“AzSiğorta” ASC-nin sahibi) - 21,11% və Elçin İsayev (bankın Müşahidə Şurasının sədri)– 10%.

XS
SM
MD
LG