Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26

-

Fövqəladə Hallar Nazirliyi (FHN) ilan və əqrəb sancmaları ilə əlaqədar əhaliyə müraciət edib.

«Yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır. Bu hallardan özünüzü qorumaq üçün bir sıra qaydaları bilməyiniz vacibdir», - nazirlik xəbərdarlıq edir.

Özünüzü ilan sancmasından qorumaq üçün:

- Meşəyə gedərkən əyninizə uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir.

- Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin.

- Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin.

- Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.

- İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.

- Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər.

- Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.

Özünüzü əqrəb sancmasından qorumaq üçün:

- Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin.

- Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın.

- Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.

Yardım

İlan və əqrəb sancması zamanı ilkin həkimə qədər tibbi yardım bunlar olmalıdır:

- zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin;

- sancılmış nahiyəni hərəkət etdirməyin;

- yaranı su ilə yuyun;

- soyuq kompres qoyun;

- yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin;

- yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun;

- jqut qoymaq olmaz!

- yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz!

- zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin;

- tibbi yardım çağırın. (112)

Günün bütün mövzuları

XS
SM
MD
LG