Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:28

Apteklər cərimələnib


Makhachkalada aptek
Makhachkalada aptek

-

15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protocol yazılıb, cərimə olunublar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib.

Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.

Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.

Bir müddət öncəsə dərmanların qiymətlərində dəyişiklik edilib.

Tarif Şurası iyulun 30-da 250-dən çox dərman vasitəsinin qiymətini təsdiqləyib. Qiymətlərlə bağlı qərar sentyabrın 15-dən qüvvəyə minəcək. 250 dərman ölkənin hər bir aptekində eyni qiymətə satılmalıdır.

Şuranın məlumatında deyilir ki, siyahıldakı 250 dərmandan 50-dən çoxunun qiyməti 3 dəfə, 100-dən çox dərmanın isə qiyməti yarıdan çox azaldılıb.

XS
SM
MD
LG