Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

-

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych korrupsiya araşdırmasında şahid kimi istintaqa cəlb edilib.

Ukraynanın dövlət qəzeti Uryadoviy Kuryer avqustun 6-da bu çağırışı çap edib. Çağırışa görə, Yanukovych avqustun 11-də Kiyev Baş Prokurorluğunda olmalıdır. O, Cinayət Məsəlləsinin 191-ci maddəsi- geniş miqyaslı fırıldaqçılıq törətmə- ictimai nüfuzundan istifadə etməklə "əmlakının mənimsənilməsi" işində şahidlik etməlidir.

Yanukovych ötən il fevralın 23-də Rusiya xüsusi qüvvələri tərəfindən ölkədən çıxarılıb. Hazırda Rusiyada yaşayır.

2014-cü ilin əvvəlində Kiyevin mərkəzi meydanında polislə bir neçə aylıq qarşıdurmadan sonra toqquşmalarda 100-dən artıq etirazçı həlak olub.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych iyunun 22-də deyib ki, 2014-cü ilin fevralında devrilməsinə gətirmiş ölüm hallarına görə məsuliyyətin bir hissəsini üzərinə götürür.

XS
SM
MD
LG