Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

-

Rusiyalı maqnat Mikhail Khodorkovskynin atası Boris Khodorkovsky İqtintaq Komitəsində dindirlilib.

82 yaşlı ata avqustun 6-da öz vəkili ilə komitənin baş qərargahına gedib. O, jurnalistlərə açıqlamasında nə barədə sorğu-sual olunacağını bilmədiyini deyib.

Təhqiqat Komitəsi deyir ki, 1998-ci ildə Nefteyuganskin bələdiyə sədri Vladimir Petukhovun öldürülməsi işini yenidən araşdırdığını bildirib. Komitə Mikhail Khodorkovsky barədə yeni dəlillər tapdığını deyib.

Sonradan müflis olmuş Yukos neft şirkəti Nefteyuganskda Petukhovun ölümü ərəfəsində yerləşməyə başlamışdı.

Mikhail Khodorkovskyinin aprelin 5-də yaydığı bəyanatda polisin əsl məqsədinin ona və ailəsinə basqı etmək olduğunu bildirib. Mikhail Khodorkovskynin 52 yaşı var. O, 2004-cü ilə qədər, həbs olunmazdan əvvəl Rusiyanın ən zəngin adamı idi. Bir sıra beynəlxalq təşkilatlar onun həbsini siyasi motivli sayıb.

Khodorkovsky 2013-cü ildə azadlığa buraxılıb və indi Avropada yaşayır.

Mikhail Khodorkovsky Rusiya prezidenti Vladimir Putini yüksək səslə tənqid edənlərdəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG