Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Zakir Həsənov cəbhə bölgəsindədir


Zakir Həsənov
Zakir Həsənov

-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır.
Nazirliyin yaydığı məlumatda deyilir ki, Zakir Həsənov president İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrinin müasir silah-sursat, döyüş texnikası, təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından Ermənistan ordusunu dəfələrlə qabaqlayır:

“Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç kimin şübhəsi olmamalıdır”.

Nazri Zakir Həsənov komandir və rəis heyətinə bəzi tapşırıqlar verib.

Müdafiə naziri cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

XS
SM
MD
LG