Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

Şəkidə nağara festivalı olacaq


Nağara
Nağara

-

Avqustun 22-dən 26-dək Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq «Nağara 2015» Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, festival bu qurumun, Şəki şəhər İcra Hakimiyyətinin və «ALMUS Production» şirkətinin təşkilatçılığı ilə keçirilir.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcək.

Avqustun 22-də festivalın təntənəli açılış mərasimi keçiriləcək. Avqustun 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və «Abbos» qrupunun, 24-də İranı təmsil edən «Lian» qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və «İstanbul Harem» qrupunun konsertləri olacaq.

Avqustun 26-da isə «Natiq ritm» qrupunun konserti və «Nağara 2015» Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi keçiriləcək.

Konsertlər Şəki şəhərindəki Yaşıl Teatrda baş tutacaq.

Festival müddətində Şəki şəhərindəki Karvansarada Natiq Şirinov, Abbos Kasimov, «Lian» qrupu və Suat Borazan-ın ustad dərsləri keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG