Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:42

Dünyanın ən çox qazanan aktyorları


Robert Downey
Robert Downey

-

«Forbes» jurnalı dünyanın ən çox qazanan aktyorlarının adını açıqlayıb.

Dünyanın ən çox qazanan aktyoru kiçik Robert Downey-dir.

Jurnalın saytı onun 2014-cü il iyunun 1-dən 2015-ci il iyunun 1-dək olan qazancının 80 milyon dollar olduğunu bildirib.

Siyahıda 2-ci yerdə təkrarsız Jackie Chan qərarlaşıb. Onun illik gəliri 50 milyon dollardır.

3-cü yeri Vin Diesel (47 milyon dollar), 4-cü yeri Bradley Cooper (41.5 milyon), 5-ci yeri Adam Sandler (41 milyon), 6-cı yeri Tom Cruise (40 milyon) tutub.

Siyahının 7-ci və 8-ci yerlərində Bollivud ulduzları Amitabh Bachchan və Salman Khan-dır (hərəyə 33.3 milyon).

9-cuyerdə də hind aktyoru qərar tutub (Akshay Kumar-32.5 milyon) .

10-cu yeri 32 milyon dollar qazancla Mark Wahlberg qapayır.

Gəlirlərin miqdarı «Nielsen» sosioloji şirkətinin nəticələrinə, «Box Office Mojo» və IMDB saytlarının apardığı araşdırmalara əsaslanıb.

Təbii ki, ulduzların agentlərinin, menecerlərinin, vəkillərinin və özlərinin mediaya söylədikləri rəqəmlər də nəzərə alınıb.

«Forbes» bu ildən siyahıya Amerika filmlərində oynamayan aktyorları da daxil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG