Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

İran vasitəçilik təklif edir


Walid al-Moallem (solda) İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Ali Shamkhani (sağda) ilə görüşdə, 5 avqust, 2015-ci il

Walid al-Moallem (solda) İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Ali Shamkhani (sağda) ilə görüşdə, 5 avqust, 2015-ci il

-

İran liderləri avqustun 5-də Suriya münaqişəsinə vasitəçilik təklif edib və bildirib ki, Suriya sülh planı tezliklə BMT-yə təqdim olunacaq.

“Siyasi baxımdan əlimizdə olan hər şeyi edəcəyik ki, Suriyaya sülh və sabitlik qayıtsın,” İran prezidenti Hassan Rohani Tehranda Suriyanın xarici işlər naziri Walid al-Moallem ilə görüşdə deyib.

İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian isə deyib ki, sülh planı İran və Suriya hökumətləri ilə razılaşdırılandan sonra BMT-yə təqdim olunacaq.

Avqustun 4-dən bəri Suriya, İran və Rusiya təmsilçiləri münaqişənin diplomatik həllini tapılması üçün görüşlər keçirirlər. İranla Rusiya Suriya prezidenti Bashar al-Assad rejiminin sonuncu müttəfiqləridir.

İran dəfələrlə xəbərdarlıq edib ki, Dəməşq hökumətinin iflası İslam Dövləti və digər yaraqlı qrupların yolunu açar.

Günün bütün mövzuları

XS
SM
MD
LG