Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

30 dönərxana və qəssab dükanı bağlandı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ötən ay Bakıda 30-a yaxın iaşə obyekti, o cümlədən dönərxana və ət kəsimi yerləri cərimələnərək bağlanıb.

Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

«Dəfələrlə reydlər zamanı, həm də ondan əvvəl bu cür obyektlərə nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq etmişik. Amma çox təəssüf ki, bizim çağırışımıza əməl etməyənlər olur. Belə hallarda biz onları cərimələməyə məcbur oluruq» - İmran Abdullayev bildirib.

O, iaşə obyektlərində nöqsanların aradan qaldırılması üçün ictimai qınağın da vacib olduğunu vurğulayıb:

«Əslində, əvvəlki illərlə müqayisədə bəzi obyektlərdə nöqsanların təkrarlanmaması istiqamətində irəliləyişlər var. Bu, təbii ki, təqdirəlayiq haldır. Amma burada bizim qurumla yanaşı, insanlarımızın da üzərinə çox böyük iş düşür. İnsanlar hər hansı bir obyektdə nöqsan görərlərsə, oradakı xidmətdən imtina etsə və həmin müəssisə ictimai qınağa tuş gəlsə, onlar çox güman yenidən səhvlər etməzlər».

XS
SM
MD
LG