Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:55

-

«BakuBus» MMC Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana gətirilən «Iveco» markalı avtobuslarının marşrutları, hərəkət qrafikləri və qiymətlərini müəyyən edib.

Şirkətin saytında verilən məlumata görə, «BakuBus» avtobuslarında gediş haqqı kartla ödənilir.

Bunun üçün iki kart növü müəyyənləşdirilib. «BakıKart» - plastik kart, qiyməti 2 manat, bir gediş haqqının qiyməti isə 20 qəpikdir. Terminallarda balansın artırılması mümkündür və kartlar geri qaytarılmır. Digər kart isə məhdud istifadə üçündür. Kartın qiyməti 20 qəpikdir. Bu kart alındığı zaman isə 1,2,3 və 4 gediş yükləmək mümkündür. Bir gediş haqqının qiyməti 20 qəpikdir. Lakin bu növ kartların terminallarda balansının artırılması mümkün deyil və kart ilk istifadəsindən 45 gün müddətinə etibarlıdır.

Şirkət avtobusların işlədiyi marşrutları da özü müəyyənləşdirib. «BakuBus» Bakıda 14 marşrut üzrə avtobus buraxır. O cümlədən, «Ekspress Xətt H» marşrutu Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - Mərkəz və əks istiqamət üzrə hərəkət edir. 24 saat xidmət göstərən bu marşrutda gediş haqqı 1 manat 50 qəpikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG