Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:05

-

BMT nüvə agentliyinin brifinqdən sonra ABŞ senatorlarının İran nüvə sazişinə inamı artmayıb. Senatın xarici əlaqələr komitəsinin sədri Bob Corker avqustun 5-də deyib ki, “üzvlərdən çoxunda görüşdən sonra daha çox sual yaranıb”.

Avqustun 5-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Capitol Hill-də bir saatdan çox brifinq keçirib. O, ümid edirdi ki, İranla altı dövlətin imzaladığı yekun saziş barədə Konqresdəki şübhələri dağıda biləcək. Agentlik İranım nüvə fəaliyyətinə nəzarət edir.

Sazişə uyğun olaraq İran iyulda agentliyə hərbi bazalarına ciddi nəzarət altında, “idarə olunan çıxış” şəraiti yaradıb.

Konqresmenlər kəşfiyyat məlumatlarına əsasən Tehranın keçmişdə nüvə fəaliyyəti ilə məşğul olduğunu deyirlər. “O, hətta bizi əmin edə bilmir ki, Parchin-ə fiziki çıxışımız olacaq,” Corker deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG