Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

-

Avqustun 5-də axşam saatlarında iki nəfər dənizdə çimərkən boğulub.

ANS PRESS-in məlumatına görə, güclü külək nəticəsində Fatmayi çimərliyində yaranan dalğa iki gəncin həyatına son qoyub.

Bakıya dayısıgilə qonaq gələn 16 yaşlı Gəncə sakini Namiq Qurbanov Fatmayi çimərliyində çimərkən boğulub. Dayısı Namiqi xilas etməyə çalışsa da, buna müvəffəq olmayıb. Neçə gün imiş ki, Namiq dayısından onu dənizə aparmağı xahiş edirmiş.

Dalğanın apardığı ikinci şəxs hərbi həkim olan 26 yaşlı Anar Mehtiyev olub. Hazırda hər iki şəxsin cəsədlərinin axtarışları davam edir.

Ötən gün Azərbaycanda müxtəlif çimərliklərdə batanların sayı 7 nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG