Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

-

Kreml deyir ki, Fransa Rusiyaya iki Mistral hərbi gəmisinin satılması üçün kontraktın ləğvinə görə kompensasiyanı ödəyib.

Fransa prezidenti Francois Hollande-nin ofisi bildirib ki, satışın ləğvinə görə Rusiyaya “tam kompensasiya” ödənməsinə dair saziş imzalanıb. Bu kontrakt Rusiyanın Ukraynanın Krım vilayətini ilhaqından sonra dayandırılıb. Avropa Kremlin Ukraynanın şərqində rusiyapərəst separatçılara dəstəyinə cavab olaraq bir sıra addımlar atıb.

Bəyanatda deyilir ki, Rusiyanın artıq ödədiyi pulun hamısı qaytarılacaq. Ancaq məbləğ açıqlanmayıb. Fransa hərbi gəmiləri özündə saxlayır.

Kreml avqustun 5-də bildirib ki, Moskva mübahisəni həll olunmuş sayır.

2011-ci ildə əldə olunmuş saziş 1.3 milyard dollarlıq idi. Bu, Rusiyaya NATO ölkəsi tərəfindən ən böyük silah satışı sayılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG