Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

-

Almaniya məhkəməsi Rusiya müxalifət lideri Aleksei Navanly-nin emaillərini və tvitter hesabını ələ keçirmiş hakerə hökm oxuyub. Avqustun 5-də Bonn məhkəməsi Rusiyada doğulmuş, Almaniyada yaşayan Sergei Maksimov-a 18 aylıq cəza kəsib. O, 2011-2012-ci illərdə Navalny-nin email tvitter hesabını hək eləməkdə təqsirli bilinib.

Hökmdə o da təsbit olunub ki, Maksimov “Hell” onlayn ləqəbi ilə işləyən kompüter hakeridir. Altı həftəlik məhkəmə zamanı Maksimov israr edib ki, Hell-in arxasında duran şəxs o deyil. Hell illərdir Kremlin tanınmış tənqidçilərinin emaillərini ələ keçirib internetdə yayırmış.

Şərti cəzadan əlavə Maksimov 400 saat ictimai iş də yerinə yetirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG