Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55

Malayziyanın baş naziri təsdiq edib ki, Hind okeanında Reyuniyon adası yaxınlığında tapılmış Boeing 777 parçası 17 ay bundan əvvəl yoxa çıxmış təyyarəyə aiddir.

Malayziyanın baş naziri Najib Razak cümə axşamı təsdiq edib ki, Hind okeanında Reyuniyon adası yaxınlığında tapılmış Boeing 777 parçası 17 ay bundan əvvəl yoxa çıxmış MH370 reysi ilə uçan təyyarəyə aiddir.

“Bu gün, təyyarənin yoxa çıxmasından 515 gün sonra dərin kədərlə deməliyəm ki, beynəlxalq ekspertlər qrupu Reyuniyon adası yaxınlığında tapılmış təyyarə parçasının MH370 reysli təyyarəyə aid olduğunu qəti şəkildə təsdiq edib” – deyib Najib televiziya ilə canlı çıxışında.

Malayziya Hava Yolalrına aid MH370 reysi ilə Kuala Lumpurdan Pekinə uçan təyyarə, göyərtəsində 239 nəfərlə birlikdə ötən mart ayında yoxa çıxmışdı.

Kədərli müəyyənlik

Fransada olan təhqiqatçılar müəyyən ediblər ki, üstü balıqqulaqları ilə örtülmüş və flaperon kimi tanınan 2-2,5 metr ölçülü qanad fraqmenti MH370 reysi ilə uçan Boeing 777-yə məxsus olub.

Najib: Bu gün, təyyarənin yoxa çıxmasından 515 gün sonra dərin kədərlə deməliyəm ki, beynəlxalq ekspertlər qrupu tapılmış təyyarə parçasının MH370 reysli təyyarəyə aid olduğunu qəti şəkildə təsdiq edib

Bu təsdiq həlak olanların yaxınlarına kədərli bir müəyyənlik gətirib, lakin qəzanın səbəbləri barədə nə isə demək hələlik mümkün deyildir.

Buna baxmayaraq baş nazir Najib deyib ki, onun hökuməti qəza haqqında həqiqəti aşkara çıxarmaq üçün ixtiyarındakı bütün imkanlardan istifadə edəcək.

Təyyarə parçası ötən çərşənbə günü Hind okeanında, Madaqaskar yaxınlığında Fransaya məxsus və 850 min əhalisi olan vulkanik Reyuniyon adasının sahillərində tapılıb.

Axtarış zonasından 3700 kilometr aralıda

Reyuniyon adası təyyarə axtarışının intensiv aparıldığı yerdən - Hind okeanının Avstraliyaya yaxın hissəsindən 3700 kilometr aralıdadır. Lakin mütəxəssislər deyirlər ki, su axını təyyarə parçalarını minlərlə kilometr kənara apara bilərdi.

Tapıntı həlak olanların yaxınlarına kədərli bir müəyyənlik gətirib

Tapıntı həlak olanların yaxınlarına kədərli bir müəyyənlik gətirib

Malayziya Hava Yolları şirkəti bildirib ki, təyyarə parçasının tapılması barədə məlumat qəzada həlak olanların yaxınlarına çatdırılıb.

Şirkət bunu da bəyan edib ki, qırıntının tapılması qəza səbəblərinin araşdırılmasında mühüm mərhələ ola bilər.

Ekspertlər ümid edirlər ki, qəzaya uğramış təyyarəyə məxsus daha çox hissələr aşkar oluna bilər.

Flaperonun tapılmasından sonra bu ərazidə mümkün başqa qırıntılar üçün nizamsız axtarışlar aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG