Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07

Suriya ilə İran nəyi müzakirə etdi


Mohammad Javad Zarif və Walid al-Moualem

Mohammad Javad Zarif və Walid al-Moualem

-

Suriyanın xarici işlər naziri Walid al-Moualem avqustun 5-də Tehranda iranlı həmkarı Javad Zariflə görüşüb. Moualem həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Ali Shamkhani ilə də görüşüb. Suriyalı nazir İranın paytaxtına avqustun 4-də öz ölkəsində vətəndaş müharibəsinin başa çatması üçün göstərilən səylər haqqında müzakirələr aparmaq üçün gəlib.

Avqustun 5-də baş tutan müzakirələr isə İslam Dövləti yaraqlılarına qarşı mübarizə üzərində fokuslaşıb.

Suriya İslam Dövləti yaraqlılarına qarşı olan bütün səyləri dəstəkləyir, əks təqdirdə bu “Suriya suverenliyinin pozulması olacaq” - deyə Moualem bildirib.

ABŞ və dünya gücləri iyulun 17-də Nüvə razılığı əldə etsələr də, hər iki tərəf regionda ölkələri tərəfindən yürüdülən siyasətin dəyişməyəcəyini bildirib.

İyulun 24-də Suriya Xarici İşlər nazriri Moualem İranın Suriyaya dəstəyinin Nüvə razılaşmasından sonra da davam etməli olduğunu təkrarlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG