Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:40

-

2014-cü il martın 8-də yoxa çıxan Malayziya Hava yollarına məxsus təyyarədən xəbər var.

MH370 reysi ilə uçan təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpurda havaya qalxdıqdan bir müddət sonra yoxa çıxır. Göyərtədəki 239 sərnişin və heyətin öldüyü güman edilir.

Yanvarın 29-da Malayziyanın Mülki Aviasiya Departamentinin baş direktoru Abdul Rahman hadisənin qəza olduğunu elan etmişdi. Cənubi Hind Okeanından Qərb Avstraliyaya qədər axtarışlar aparılsa da heç bir nəticə verməmişdi. Ötən həftə təyyarənin bir parçası Fransaya məxsus Reunion adasında hadisə yerindən 3,700 km uzaqlıqda tapılıb.

Mütəxəxsislər bunun MH370 təyyarəsinə məxsus olduğunu təsdiqləməsə də, bunun Boing 777 modelinin bir parçası olduğunu bildirir.

Fransalı mütəxəsislərin avqustun 5-də bu parçanın MH370-ə məxsus olub-olmaması haqda açıqlaması gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG