Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

Keçmiş prezident fransalı aktyor haqda


Viktor Yushchenko
Viktor Yushchenko

-

Keçmiş Ukrayna prezidenti Viktor Yushchenko fransız aktyor Gerard Depardieu haqqında danışıb. O iyulun 30-da Azadlıq radiosuna verdiyi müsahibədə Depardyenin Rusiya meyilli mövqeyi ilə “öz xalqını alçaltdığını” deyib. Viktor Yushchenko AzadlıqRadiosunun Belarus xidmətini suallarını cavablandırıb.


Sual: Biz bilirik ki, fransız kino ulduzu əvvəllər Ukraynada olub və bir neçə dəfə sizinlə görüşüb, hətta sizin dost olduğunuz haqda fikirlər dolaşır və münasibətlərinizdə hər şey yaxşı görünürdü. Sizin Gerard Depardieunin anti-Ukrayna çıxışlarına münasibətiniz necədir?

“Mən həqiqətən Gerard Depardieunin son illərdəki davranışlarını başa düşə bilmirəm. Mənim onunla özəl münasibətlərimiz bir yana qoyuram. O bu görüşlərini bir neçə dəfə təkrarlayıb. Etik məsələlərə görə mən onun işlətdiyi sözləri dəqiqliklə demirəm, əminəm ki, o dediyi sözlərə inanırdı. Mən təsəvvür edə bilmirəm ki, hər hansı gizli motivlər insanı bu yaşda ağılsız olmağa məcbur edə bilər. Düşünürəm ki, o son illərdə nümayiş etdirdiyi Rusiya meyilli mövqeyi ilə öz xalqını alçaltdı” –Viktor Yushchenko belə deyib.

Ukrayna hökuməti Jerar Depardye üçün 5 il ərzində ölkəyə girişin qadağan olunduğunu elan edib. Ukraynanı qəzəbləndirən Depardieu-nin Rusiya prezidenti Vladimir Putin-lə sıx dostluq əlaqəsi yaratması olub. Hətta məlumatlara görə, bir dəfə müstəqil Ukraynanın mövcudluğunu belə inkar edib. “Rusiyanı və onun bir hissəsi olan Ukraynanı sevirəm,” aktyor deyib və bu sitatını heç vaxt təkzib etməyib.

XS
SM
MD
LG