Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:56

Türkiyə İŞİD-ə qarşı əməliyyata başlayacaq


 Mevlut Cavusoglu
Mevlut Cavusoglu

-

Türkiyə ABŞ liderliyindəki koalisiya ilə birlikdə İslam Dövləti yaraqlılarına qarşı “hərtərəfli döyüşə” başlayacağını bildirib. Suriya isə deyir ki, Dəməşqlə razılaşdırılmamış hər hansı hərbi əməliyyat ölkənin suverenliyini pozacaq.

Ötən ay Türkiyə ABŞ hərbi təyyarələri, eləcə də pilotsuz qurğularının İncirlikdən İD yaraqlılarını vurmasına icazə verib.

ABŞ və Ankara Türkiyənin sərhəddi boyunca İslam Dövləti yaraqlılarının təmizlənməsi üçün planlar üzərində çalışırlar.

“İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orda ABŞ pilotsuz aparatlarının və aviasiyanın mövcudluğunu görə bilirik. Tezliklə, İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq", - deyə Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində deyib.

XS
SM
MD
LG