Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:56

-

Ənənəvi beynəlxalq musiqi festivalına təzəcə yekun vuran Qəbələdə bu dəfə mürəbbə festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Qəbələdə III Beynəlxalq mürəbbə festivalı avqustun 29-da baş tutacaq.

Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdikləri festival bu il beynəlxalq səviyyədə reallaşacaq.

Festival Dünya Kulinariya Təşkilatları Birliyi və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək.

Xəbərdə vurğulanır ki, festivalda UNESCO-nun Dünya Xalq Təşkilatının prezidenti xanım Carmen D.Padilla da iştirak edəcək.

Əvvəlki mürəbbə festivallarında olduğu kimi, III Beynəlxalq Mürəbbə Festivalına da Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq.

Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG